Digər

Naxçıvanda internetlə bağlı layihə üçün 7 milyonluq tender elan edildi

24 Jul 2026, 13:54 2 baxış
Naxçıvanda internetlə bağlı layihə üçün 7 milyonluq tender elan edildi
"Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC GPON layihəsi üzrə BRAS, OLT, ONT və digər şəbəkə avadanlıqlarının satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 7 milyon 188 min manat təşkil edir. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində GPON layihəsinin həyata keçirilməsi üçün müxtəlif təyinatlı telekommunikasiya avadanlıqlarının alınması nəzərdə tutulur. Satınalma siyahısına BRAS avadanlıqları, "Core Router", OLT şassiləri, ikinci dərəcəli kommutator ("Secomanajar"), həmçinin ONT və GPON şəbəkəsinin qurulması üçün nəzərdə tutulan digər avadanlıqlar daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər