Dünya
Rumıniyanın hava məkanı pozuldu: Qırıcı havaya qaldırıldı
Rumıniya Prezidenti Nikuşor Dan ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatının (PUA) "F-16" qırıcısı tərəfindən vurulduğunu açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında məlumat paylaşıb. Prezidentin sözlərinə görə, hadisə səhər saatlarında, təxminən 11 radələrində qeydə alınıb və rumıniyalı pilot dronu məhv etməyi bacarıb. Hazırda hadisənin bütün təfərrüatını aydınlaşdırmaq məqsədilə aidiyyəti qurumların mütəxəssis qrupları ərazidə araşdırma aparırlar. "Ərazi yaşayış olmayan yer olduğundan pilot heç bir risk olmadan atəş aça bildi", - deyə Nikuşor Dan əlavə edib. Qeyd edək ki, bundan əvvəl Rumıniya rəsmiləri Kiyevə müraciət edərək, Ukrayna dronlarının ölkə ərazisinə və ya ərazi sularına daxil olacağı təqdirdə özünü məhv etməsi üçün proqramlaşdırılmasını xahiş etmişdilər. Buna səbəb bir ay əvvəl Konstansa limanında Ukraynaya məxsus insansız katerin partlaması olmuşdu.
Mənbə
oxu.az