Digər

Ermənistanın büdcə gəlirləri 14,7% artdı

24 Jul 2026, 12:25 19 baxış
Ermənistanın büdcə gəlirləri 14,7% artdı

Ermənistan Maliyyə Nazirliyi ölkənin 2026-cı ilin ilk yarısı üzrə dövlət büdcəsinin icrası ilə bağlı məlumat yayıb.


Axar.az xəbər verir ki, məlumata əsasən, 2026-cı ilin birinci yarısında Ermənistanın dövlət büdcəsinin gəlirləri 1 trilyon 643 milyard dram təşkil edib, bu da ilin birinci yarısı üçün yenidən işlənmiş proqramda proqnozlaşdırılan göstəricinin 106,0% səviyyəsində yerinə yetirilməsini təmin edir.


Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 14,7% və ya 210,1 milyard dram artıb.


2026-cı ilin birinci yarısında Ermənistanın dövlət büdcəsinin xərcləri 1 trilyon 576 milyard dram təşkil edib, bu da ilin birinci yarısı üçün yenidən işlənmiş proqramın icrasının 83,2%-ni təmin edib. Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin xərcləri 7% və ya 103,6 milyard dram artıb.


2026-cı ilin birinci yarısında Ermənistanın dövlət büdcəsi 67,3 milyard dram profisitlə icra edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər