Dünya

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

23 Jul 2026, 22:04 1 baxış
Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı
2026-cı ilin yeddi ayı ərzində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında 30 ölüm halı qeydə alınıb. Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb. Məlumata əsasən, 30 ölüm halından 11-i rəsmi olaraq hərbi xidmətlə bağlı, 19-u isə hərbi xidmətlə bağlı olmayan hal kimi tanınıb. Qeyd edilir ki, 2026-cı ildə hərbi qulluqçuların bütün ölüm halları qeyri-döyüş şəraitində baş verib. Cari ildə 30 hərbi qulluqçunun qeyri-döyüş şəraitində ölüm hallarının üçdəbirindən çoxunu (təxminən 37%-ni) intihar və qətl nəticəsində baş verən hallar təşkil edir. Bununla yanaşı, səkkiz intihar halından altısı və üç qətl halından ikisi hərbi xidmətlə bağlı olan hallardır.
Mənbə oxu.az

Oxşar Xəbərlər