Dünya

ABŞ-nin hücumundan sonra İran yeni ölkəni hədələdi

23 Jul 2026, 21:36 3 baxış
ABŞ-nin hücumundan sonra İran yeni ölkəni hədələdi
İran ABŞ aviasiyasının yeni hücumundan sonra Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib. Oxu.Az bu barədə Life.ru saytına istinadən xəbər verir. * Trampa gözlənilməz zərbə: ABŞ Nümayəndələr Palatası İrana görə hərəkətə keçdi * İran Küveytdəki ABŞ hərbi bazalarını yenidən bombaladı: Ölənlər var - VİDEO * İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar Tehran bəyan edib ki, B-1 bombardmançı təyyarələrindən biri Qlosterşir qraflığındakı "RAF Fairford" bazasından hava qalxıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, təyyarədən İran ərazisinə zərbə endirmək üçün istifadə olunub. "İran ərazisinə zərbələr endirmək üçün istifadə olunan istənilən baza bizim üçün qanuni hədəf hesab olunur", - deyə İran tərəfi bildirib.
ABŞ-nin hücumundan sonra İran yeni ölkəni hədələdi
Mənbə oxu.az

Oxşar Xəbərlər