Dünya

Rubio Beynəlxalq Cinayət Məhkəməsini "axmaq" adlandırdı

23 Jul 2026, 20:06 1 baxış
Rubio Beynəlxalq Cinayət Məhkəməsini "axmaq" adlandırdı
"Başqa dövlətlər istəsələr, axmaq Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşula bilərlər, ancaq Birləşmiş Ştatlar heç vaxt onun üzvü olmayacaq". Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib. O, Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası xətti ilə keçirilən nazirlər tədbirləri çərçivəsində təşkil olunmuş mətbuat konfransında qeyd edib: "Biz sözügedən məhkəmənin üzvü deyilik, heç bir vaxt müqavilələr imzalamamışıq. Əgər kimsə bu axmaq quruma daxil olmaq istəyirsə, buyursun. Amma biz belə bir addım atmaq niyyətində deyilik, qurumun yurisdiksiyası ABŞ-lilərə aid edilmir". Rubio əlavə edib ki, BCM indi və ya gələcək illərdə ABŞ vətəndaşlarına qarşı hər hansı addım atmağa çalışarsa, Vaşinqton buna göz yummayacaq. Bir müddət öncə Nyu-Yorkun meri Zohran Mamdani şəhərin hüquq şöbəsinin İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak məqsədilə sentyabrda gözlənilən səfəri zamanı BCM-nin orderi ilə həbs edilməsi yollarını araşdırdığını açıqlayıb. Buna cavab olaraq, Ağ Ev lideri Donald Tramp qəti şəkildə bildirib ki, İsrail hökumətinin rəhbərini ABŞ-yə səfərləri əsnasında heç kim və heç bir vəchlə saxlaya bilməz. Sonradan Mamdani şəhərin Netanyahunun azadlığını məhdudlaşdırmaq səlahiyyətinə malik olmadığını təsdiqləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər