Digər
Fedorov Zelenskinin yeni vəzifə təklifini rədd etdi
Mixayl Fedorov Prezident Vladimir Zelenskinin ona təklif etdiyi baş nazirin hərbi innovasiyalar üzrə müavini vəzifəsindən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə Fedorov jurnalistlərə açıqlamasında deyib.
Fedorov qeyd edib ki, 2026-cı ildə onun komandası Müdafiə Nazirliyinə müharibəni bitirmək üçün konkret bir planla gəlib:
“Bu gün döyüş meydanındakı hərbçilərdən başqa, müharibənin gedişatını həqiqətən müəyyən edən yalnız üç vəzifə var: prezident, müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı. Buna görə də müdafiə naziri vəzifəsindən başqa heç bir vəzifəni qəbul etməyəcəyəm", - deyə o bildirib.
Mənbə
axar.az