Dünya

Məxfi xidmətin əməkdaşı Cey Di Vensin səfərlərinə dair məlumat sızdırıb?

23 Jul 2026, 17:12 1 baxış
Məxfi xidmətin əməkdaşı Cey Di Vensin səfərlərinə dair məlumat sızdırıb?
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin səfərləri barədə məlumatların sızdırılması ilə bağlı qalmaqal böyüyür. Oxu.Az xəbər verir ki, CNN telekanalı bu barədə özəl mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu sızmada Birləşmiş Ştatların Məxfi Xidmətinin əməkdaşı şübhəli bilinir. Bundan əvvəl "MS Now" nəşri yazıb ki, sözügedən qurum Cey Di Vensin planlarının tez-tez dəyişməsindən və onun ailəsinin təhlükəsizlik üçün nəzərdə tutulmuş dövlət resurslarından istifadə etməsindən narazıdır. CNN-in məlumatına əsasən, jurnalistlərə bu məqalə üçün lazım olan materialları Məxfi Xidmət agenti ötürə bilərdi. Ehtimal olunur ki, Vensin təhlükəsizlik xidməti agentləri üzərinə qoyduğu yükdən narazılıq olmasına dair "MS Now"da bu yaxınlarda dərc olunmuş məqalə üçün məlumatları da həmin şəxs ötürüb. Bildirilir ki, vitse-prezidentin səfərləri haqqında mediada dərc olunan materiallar Məxfi Xidmətin, Federal Təhqiqatlar Bürosunun və Ağ Evin diqqətini cəlb edib. Rəsmilər əməliyyatların təfərrüatlarının ictimaiyyətə açıqlanmasından narazı qalıblar. Mənbələrdən biri telekanala açıqlamasında deyib ki, məlumat sızmasında əli ola biləcək əməkdaşla bağlı daxili yoxlama aparılır. İstintaqla əlaqədar olaraq həmin şəxs hazırda inzibati məzuniyyətə göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər