Dünya
Tailandda silahlı hücum: Beş hərbçi həlak oldu - ANBAAN GÖRÜNTÜLƏR
Tailandın cənub bölgəsində nəzarət-buraxılış məntəqəsinə naməlum şəxslər tərəfindən silahlı hücum edilib. Atəş açan və əldəqayırma partlayıcı qurğular atan hücumçular beş hərbçinin ölümünə səbəb olublar. Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 22-si axşam saatlarında Tailandın cənubundakı Narathivat əyalətində yerləşən nəzarət-buraxılış məntəqəsi silahlı qrupun hədəfinə çevrilib. İnsident nəticəsində beş hərbi qulluqçu həyatını itirib, daha altı mülki vətəndaş isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, silahlı insident yerli vaxtla saat 18:45-də Renge dairəsində qeydə alınıb: "Pikapla məntəqənin girişinə yaxınlaşan silahlı şəxslər odlu silahdan və kustar üsulla hazırlanan bombalardan istifadə edərək hücum təşkil edib, ardınca isə öz avtomobillərində hadisə yerindən qaçıblar". Hücumdan sonra güc strukturları şübhəlilərin axtarışına başlayıb. Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri maksimal səviyyəyə çatdırılıb və bütün nəzarət-buraxılış məntəqələrinə xüsusi diqqətli olmaq tapşırılıb. Tailandın Baş naziri Anuthin Çanvirakun aidiyyəti qurumları öz vəzifələrini tam icra etməyə çağırıb və cənub sərhəd əyalətlərində sülh danışıqlarının davam etdiriləcəyini bəyan edib.

Mənbə
oxu.az