Dünya
Rusiyada hərbi təyyarə qəzaya uğradı
Rusiyanın Moskva vilayətində hərbi təyyarə qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. Hadisənin Moskva ətrafındakı Odintsovo rayonu ərazisində qeydə alındığı bildirilir. Aviaqəzanın baş verdiyi dəqiq məkan və hadisənin səbəbləri hələlik açıqlanmır. Əldə olunan məlumatlara görə, təyyarəni idarə edən pilot vaxtında katapult etməyi bacarıb.
Mənbə
oxu.az