Dünya
İsrail kəşfiyyatı ABŞ-yə İranda vurulacaq hədəf barədə məlumat ötürdü
İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin rəhbəri Roman Hofman iki həftə əvvəl Vaşinqtona səfəri zamanı ABŞ Administrasiyasının yüksəkvəzifəli nümayəndələri ilə görüşlər keçirib. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı özəl mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Hofman İranın Külüng dağı, uran ehtiyatları və iqtisadi vəziyyəti barədə kəşfiyyat məlumatlarını bölüşüb. Məsələ ilə əlaqədar nəşr Ağ Evə müraciət ünvanlayıb, Mərkəzi Kəşfiyyat İdarəsi isə vəziyyəti şərh etməkdən imtina edib. Əslən Belarusdan olan Roman Hofman iyun ayının əvvəlindən etibarən "Mossad"a rəhbərlik edir. Xatırladaq ki, bir müddət əvvəl ABŞ lideri Donald Tramp ölkəsinin hərbçilərinin tezliklə altında nüvə obyektinin yerləşdiyi ehtimal edilən Külüng dağına zərbələr endirəcəyini bəyan etmişdi. İranın Xarici İşlər Nazirliyi isə qeyd olunan dağın altında hər hansı bir nüvə obyektinin olmadığını açıqlayıb. Öz növbəsində, İran ordusunun komandanlığı xəbərdarlıq edib ki, bu cür hərbi müdaxilə ölkələr arasında silahlı münaqişənin miqyasının genişlənməsinə səbəb olacaq.
Mənbə
oxu.az