Dünya

Rusiyanın neft bazaları vuruldu - VİDEO

23 Jul 2026, 11:56 2 baxış
Rusiyanın neft bazaları vuruldu - VİDEO
İyulun 23-nə keçən gecə pilotsuz uçuş aparatları Voronejə və Rusiyanın bir sıra digər regionlarına kütləvi hücum həyata keçirib. Zərbələr əsasən strateji obyektlərə endirilib. Oxu.Az xəbər verir ki, bu barədə OSINT kanalları məlumat yayıb.

Bildirilib ki, Voronej ərazisində ardıcıl partlayış səsləri eşidilib. Monitorinq kanallarının məlumatına görə, ehtimal olunan hədəflərdən biri yenidən "Wildberries"in logistika mərkəzi ola bilər. Qeyd edək ki, əvvəlki zərbələr səbəbindən şirkət sözügedən anbarın gecə növbəsindəki fəaliyyətini artıq dayandırıb. Ulyanovsk vilayətinin Novospasskoye qəsəbəsində "NS-Oil" şirkətinə məxsus mayeləşdirilmiş qaz bazası da hədəfə alınıb. Hücumun bir neçə saat davam etdiyi bildirilir. Qaz bazası ilə yanaşı, Novospasskoyedə dronlar neft bazasına da zərbə endirib. Hər iki obyekt eyni yaşayış məntəqəsində yerləşir. Başqırdıstanda Tuymazı şəhərində "Transneft-Ural" şirkətinə məxsus "Subxankulovo" xətti istehsalat-dispetçer stansiyasına hücum edilib. Hazırda çənlərdən birində yanğın olduğu bildirilir. Yerli sakinlər əraziyə səkkiz zərbənin endirildiyini qeyd edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər