Dünya

Bir ay öncə baş verən fəlakət can almaqda davam edir: Venesuelada zəlzələ qurbanlarının sayı artır

23 Jul 2026, 10:32 2 baxış
Bir ay öncə baş verən fəlakət can almaqda davam edir: Venesuelada zəlzələ qurbanlarının sayı artır
Venesuelada baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 398 nəfərə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges özünün "Telegram" kanalında bildirib. Hökumətin hesabatına əsasən, 16 740 nəfər xəsarət alıb, 17 907 vətəndaş isə sığınacaqsız qalıb. 190 bina tamamilə uçub, 856 tikiliyə isə ciddi ziyan dəyib. Axtarış-xilasetmə tədbirləri zamanı 6 462 nəfər xilas edilib, 44 298 vətəndaş tibb müəssisələrində müalicə alıb. Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında qeydə alınıb. Təqribən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər