Dünya

Rubio və Lavrov görüşdülər: Müzakirə olunan məsələlər gizli saxlanılır - VİDEO

23 Jul 2026, 09:36 1 baxış
Rubio və Lavrov görüşdülər: Müzakirə olunan məsələlər gizli saxlanılır - VİDEO
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio Manilada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) sammiti çərçivəsində bir araya gəliblər. Oxu.Az xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında görüş 35 dəqiqə davam edib. Rubio görüşdən əvvəl ABŞ-li jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Mətbuat nümayəndələri çəkiliş üçün zala daxil olanda diplomatlar artıq masa arxasında olublar. Müxbirlərə yalnız görüşün ilk anlarını lentə almağa icazə verilib. Buna baxmayaraq, jurnalistlərdən biri İranın Rusiyaya ehtimal olunan yardımı barədə sual səsləndirib. Lakin ABŞ dövlət katibi bu suala heç bir reaksiya verməyib. Daha sonra məlum olub ki, ABŞ-nin müəyyən etdiyi reqlamentə əsasən, tədbir zamanı sualların verilməsi nəzərdə tutulmayıb. Diplomatik mənbələrin verdiyi məlumata görə, sözügedən görüşün təşəbbüskarı Vaşinqton olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər