Dünya
Hamının öldüyünü düşündüyü Timmi barədə gözlənilməz iddia
Sahilə çıxan donqar balina Timminin öldüyü xəbəri ictimaiyyətdə böyük rezonans doğurmuşdu. Lakin son araşdırmalar bu məsələnin hələ də tam aydınlaşmadığını və heyvanın məhv olması ilə bağlı yayılan məlumatların yanlış ola biləcəyini göstərir. Oxu.Az xəbər verir ki, bu barədə "Welt" nəşri yeni təfərrüatlar yayıb. Aparılan DNT ekspertizası Danimarkaya məxsus Anholt adasında tapılan ölü balinanın daha əvvəl Almaniyanın Pöl adası sahillərində görünən Timmi ilə eyni heyvan olub-olmaması ilə bağlı ciddi şübhələr yaradıb. Belə ki, aparılan iki fərqli DNT analizinin nəticələri bir-biri ilə üst-üstə düşməyib. Bildirilir ki, ilk nümunə Şimal dənizində izləmə cihazı taxılmış balinadan, ikinci nümunə isə sonradan tapılan cəsəddən götürülüb. Laboratoriya müayinələrinin nəticəsinə əsasən, bu nümunələrin eyni donqar balinaya aid olmadığı müəyyən edilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər