Digər
Türkiyənin 4 vilayətində meşə yanğını baş verdi
Türkiyədə davam edən yüksək hava temperaturu ölkə üzrə meşə yanğınlarının artmasına səbəb olub.
Axar.az xəbər verir ki, son olaraq ölkənin dörd vilayətdə meşə yanğını baş verib. Onlardan üçü söndürülüb, hazırda soyutma işləri aparılır.
Muğla vilayətinin Fəthiyə rayonunda isə alovlarla mübarizə davam edir.
Bu gün yerli vaxtla saat 12:30 radələrində yaşayış məntəqələri yaxınlığında meşəlik ərazidə başlayan yanğın səbəbindən bir məhəllə boşaldılıb.
Yanğına havadan 14 helikopter və 5 təyyarə, qurudan isə 21 yanğınsöndürən maşın (arazöz), 9 su tankeri, 3 buldozer və 200 nəfərdən ibarət briqadalarla müdaxilə edilir.
Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.
Mənbə
axar.az