Digər
Uhan şəhərində gəmidə partlayış baş verdi
Çinin Uhan şəhərində konteyner gəmisində baş verən partlayış nəticəsində bir heyət üzvü itkin düşüb.
Axar.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyinin məlumatında deyilir.
Hadisə 22 iyul səhəri gəmi şəhər limanında lövbər salarkən baş verib. Konteyner gəmisində partlayış, ardınca yanğın baş verib.
İlkin məlumatlara görə, partlayış nəticəsində yeddi boş konteyner suya düşüb.
Partlayışdan sonra liman idarəetmə mərkəzi əməliyyatların dayandırılmasını və gəminin heyətinin təhlükəsiz yerə təxliyə edilməsini əmr edib.
Mənbə
axar.az