Digər

Ukraynanın “ən bahalı zərbəsi” – Rusiya “yanır”...

22 Jul 2026, 16:26 3 baxış
Ukraynanın “ən bahalı zərbəsi” – Rusiya “yanır”...

Moskva və Tambov vilayətlərindəki “Wildberries” logistika mərkəzlərinə edilən hücum nəticəsində 350 min kvadrat metrlik anbarların yanması Ukrayna ordusunun ən bahalı hücumlarından biri ola bilər.


Axar.az xəbər verir ki, bu barədə “Data Insight” agentliyinin aparıcı analitiki Sergey Semko deyib.


O bildirib ki, yanğınlar təxminən 30 milyard rubl dəyərində olan iki mərkəzdən əlavə, orada yerləşən ən azı 150 milyard rubl dəyərində malları məhv edib:


“Bu, ehtiyatlı qiymətləndirmədir: yanmış mal qalıqlarının dəyəri 170–230 milyard rubla çata bilər. Nəticədə ən aşağı hesablamalara görə, yanğından dəyən ümumi ziyan 180 milyard rubl təşkil edəcək, bu da Rusiyanın 53 bölgəsinin illik büdcəsini üstələyir. Bunların arasında Omsk vilayəti (178,6 milyard rubl), Belqorod vilayəti (177,3 milyard rubl), Udmurtiya (172,6 milyard rubl) və Tula vilayəti (169,6 milyard rubl) var. Yanğının vurduğu zərər İvanovo vilayətinin illik büdcəsini (88,5 milyard rubl) iki dəfə, Oryol vilayətinin büdcəsini (61 milyard rubl) üç dəfə, ən kasıb regionların — Kalmıkiya (35,3 milyard rubl), Nenets Muxtar Dairəsi (30,5 milyard rubl) və Yəhudi Muxtar Vilayətinin (28,1 milyard rubl) büdcələrini isə demək olar ki, 6 dəfə üstələyir”.

Mənbə axar.az

Oxşar Xəbərlər