Dünya

Hindistanda tunelin çökməsi nəticəsində ölənlərin sayı artdı

22 Jul 2026, 17:56 2 baxış
Hindistanda tunelin çökməsi nəticəsində ölənlərin sayı artdı
Hindistanın şimal-şərqində inşası davam edən su elektrik stansiyasının tunelinin çökməsi nəticəsində dağıntılar altında qalan 27 nəfərdən azı 20-si həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb. Tapılan 20 cəsəddən 13-nün şəxsiyyəti artıq müəyyənləşdirilib. Məlumata görə, hadisə anında tuneldə olan 27 nəfərdən ikisi sağ qurtula bilib. İtkin düşən digər beş nəfərin axtarışları hazırda davam etdirilir. Tunelin daxilində qazın olması axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirir. Ehtimal edilir ki, torpaq sürüşməsi nəticəsində yeraltı laylardan və ya qaya süxurlarından qaz sızması baş verib. Həmçinin metan qazının tuneldə partlayışa səbəb olduğu və konstruksiyanın məhz bu səbəbdən uçduğu güman edilir. Yerli qurumlar hadisənin xüsusi ekspert qrupu tərəfindən hərtərəfli araşdırılacağını bəyan ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər