Digər
Döyüş generalı yeni Baş Qərargah rəisi oldu
Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi müəyyənləşib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
O bildirib ki, Baş Qərargahın rəisi vəzifəsinə böyük döyüş təcrübəsinə malik general-mayor İqor Skibyuk təyin olunub.
Skibyuk bu təyinatadək Baş Qərargah rəisinin müavini olub.
Mənbə
axar.az