Digər
Kallasdan Rusiya ilə bağlı çağırış: Artıq üz-üzəyik!
Lazım olduğu müddət ərzində Ukraynanın yanında birlik və həmrəyliklə dayanacağıq. Biz bunu açıq şəkildə görürük: Rusiya Avropadakı ölkələrimiz üçün mövcud təhdiddir.
Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Artıq Rusiyanın hibrid fəaliyyətləri ilə üz-üzəyik və buna görə də müdafiə hazırlığımızı artırmaqda qərarlıyıq.
Sizdən Ukraynadakı qətlləri dayandırmaq, atəşkəs və davamlı sülhə nail olmaq üçün Rusiyaya çağırışlarımıza qoşulmağınızı xahiş edirəm”, - o bildirib.
Mənbə
axar.az