Dünya
"Aston Villa" argentinalı futbolçu üçün "Çelsi"yə təklif göndərdi
"Aston Villa" futbol klubunun argentinalı futbolçu Alexandro Qarnaço üçün "Çelsi"yə rəsmi təklif göndərdiyi bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə Fabritsio Romano "Facebook" səhifəsində məlumat yayıb. Qeyd olunub ki, klublar arasında danışıqlar davam edir. Bundan əvvəl "Roma" da bir neçə gün əvvəl Qarnaço üçün təklif göndərib, lakin hələlik klublar arasında razılıq əldə olunmayıb. "Aston Villa"nın baş məşqçisi Unay Emeri Qarnaçonu 2025-ci ilin iyunundan bəri prioritet hədəflər siyahısında saxlayır. Hazırda ilkin icarə və sonradan satınalma şərti ilə keçid variantı müzakirə olunur. Qarnaçonun yaxın zamanda qərar verəcəyi gözlənilir.
Mənbə
oxu.az