Digər

Fransa səfirliyi İrəvanda ziyafət verdi, qonaqlar zəhərləndi

18 Jul 2026, 13:43 18 baxış
Fransa səfirliyi İrəvanda ziyafət verdi, qonaqlar zəhərləndi

Fransanın Ermənistandakı səfirliyinin 14 iyulda ölkənin Milli Günü münasibəti ilə İrəvanda təşkil etdiyi ziyafət xoşagəlməz sonluqla yekunlaşıb.


Axar.az xəbər verir ki, “Sputnik Ermənistan” tədbirə çox sayda qonaq, o cümlədən siyasi və ictimai xadimlər, səfirlər və digər şəxslərin qatıldığını yazıb.


Bildirilib ki, tədbirdən bir neçə saat sonra qonaqların çoxu bağırsaq infeksiyası simptomları ilə xəstəxanalara müraciət edib.


Məlumata görə, səfirlikdə keçirilən ziyafətin yeməyini “Marriott Hotel” təmin edib.

Mənbə axar.az

Oxşar Xəbərlər