Cəmiyyət
Əzizə Mirzəyeva: "11 yerdə köçkün kimi yaşamışam - indi evimə gedirəm"
"Doğma yurdumuza qayıtdığım üçün çox sevincliyəm". Bu sözləri Oxu.Az-a açıqlamasında Xankəndi şəhərinə köçən şəhid anası Əzizə Mirzəyeva deyib. O bildirib ki, indiyə qədər 11 yerdə köçkün kimi yaşayıb: "Evim olmayıb. Bugünkü günə min şükür. Övladlarımla ata evinə gedirik. Doqquz nəfərlə köçkün düşmüşdük. İndi beş nəfər qayıdırıq - üç igid balam şəhid olub. Axı niyə oldun Xankəndi belə, Düşmənə inanıb yığdıq sinənə, Öz doğmanın evi yox düşüb çöllərə, Dığalar darğalıq edərdi sənə. Bu şeiri 1992-ci ildə yazmışam. İndi deyirəm ki, şükür Allaha, Onun böyüklüyünə. Şəhidlərin ruhu şad olsun. Qazilərimizə can sağlığı arzu edirəm. Təki salamatlıq olsun, Prezidentimiz başımızdan əskik olmasın. Evlər çox gözəldir. Bunlar yaxşı düşünməyin əməyidir ki, ərsəyə gəlib".
Mənbə
oxu.az