Cəmiyyət
Xankəndiyə qayıdan məcburi köçkün: "Oradan çıxanda 18 yaşım var idi"
"Doğma yurda qayıtdığımız üçün çox sevincliyəm". Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi şəhərinə köçən Zemfira Əliyeva deyib. O bildirib ki, Xankəndindən köçkün düşəndə 18 yaşı olub: "Yurdumuzdan çıxanda uşaq idik. Pis vəziyyətdə yurdumuzdan ayrıldıq. Çox şükür ki, bu günləri görmək bizə nəsib oldu. Çox sevincliyəm. Bu günləri görməyimizə səbəb olan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzu edirəm. Dövlətimiz sağ olsun!"
Mənbə
oxu.az