Cəmiyyət
Xankəndiyə həyat qayıdır: 22 ailənin Vətən həsrəti bitir
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınır. Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülür.
Mənbə
oxu.az