Digər
ABŞ Çabaharda müşahidə qülləsini məhv etdi - Video
ABŞ ordusu Çabahar şəhərinin limanında müşahidə qülləsini məhv edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat və video yayıb.
"İyulun 16-da ABŞ qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmilərini izləmək və hədəfə almaq üçün onilliklər ərzində SEPAH tərəfindən istifadə edilən, Oman körfəzi sahilləri boyu müşahidə sisteminin bir hissəsi olan Çabahar limanının müşahidə qülləsini məhv edib. Qüllənin məhv edilməsi SEPAH-ın mülki heyət üzvlərinə hücumları koordinasiya etmək qabiliyyətini azaldır", - məlumatda qeyd olunub.
Mənbə
axar.az