Digər
Çində dağ uçqununda 8 nəfər öldü
Çinin cənub-qərbindəki Çunçin şəhərində dağ yamacının uçması nəticəsində ən azı səkkiz nəfər ölüb, 34 nəfər isə itkin düşmüş hesab edilir.
Axar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasının verdiyi məlumatda deyilir.
Hadisənin Penqşuy dairəsində baş verdiyi bildirilib.
Ərazidə yüzlərlə xilasedici işləyir. Hakimiyyət orqanları 1100-dən çox sakini təxliyə edib.
Mənbə
axar.az