Kriminal
İki gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir
İyulun 15-i paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan Bakı şəhər sakini, 22 yaşlı Elgün Qarayevin axtarışları davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, hazırda 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevub batdığı ehtimal edilən bütün mümkün istiqamətlərdə axtarışlar fasiləsiz olaraq həyata keçirilir.
Mənbə
oxu.az