Cəmiyyət
Ombudsmana son altı ayda ən çox müraciət hansı hüquq pozmaları üzrə olub?
Ombudsmanın "916" Çağrı Mərkəzinə bu ilin birinci yarısında ümumilikdə 13 724 zəng daxil olub. Bu barədə Oxu.Az-a Ombudsman aparatından məlumat verilib. Belə ki, çağrı mərkəzində yanvarda 1768, fevralda 2007, martda 1920, apreldə 2731 mayda 2458, iyunda isə 2840 müraciət edilib. Çağrı Mərkəzinə daxil olan zənglərin əhali qrupları üzrə statistikasına gəlincə, ahıllarla bağlı 53, tutulmuş şəxslərlə bağlı 454, hərbi qulluqçularla bağlı 617, müharibə veteranları ilə əlaqəli 359, aztəminatlı ailələrlə əlaqəli 1617, uşaqlarla əlaqəli 772, şəhid ailələri ilə bağlı 129, "digər" kateqoriyası ilə bağlı isə 3462 nəfər müraciət edib. Bundan başqa, Çağrı Mərkəzinə 2026-cı ilin birinci yarısında daxil olan zənglərin ehtimal olunan hüquq pozuntuları və məzmun üzrə statistikası aşağıdakı kimidir: Ünvanlı dövlət sosial yardımı - 1617 Kommunal problemlər - 1465 Müayinə və müalicə - 1155 Əlilliyin müəyyən edilməsi - 898 Aliment məsələləri - 784 Dövlət Yol Polisinin fəaliyyəti - 779 və s.
Mənbə
oxu.az