Cəmiyyət
Vüqar Süleymanov: "Çin Azərbaycana iki ədəd xüsusi rentgen cihazı ianə edib"
"Çin ANAMA-ya minatəmizləmə sahəsində dair rentgen cihazı ianə edib". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yaradılmasının 28-ci illiyinə həsr olunan brifinqdə deyib. O bildirib ki, bu cihazlardan qapalı yerlərdə istifadə olunur: "Evlərin, qapalı qapıların, qutuların açılmasında bu cihazdan istifadə oluna bilər. İndiyə qədər belə cihazımız yox idi. Çin tərəfi bu cihazdan Azərbaycan tərəfinə iki ədəd ianə edib".
Mənbə
oxu.az