Cəmiyyət
Bazarlarda satılan bütün məhsulların etiketlənməsinə başlanılır
"Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev agentliyin 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək: "Dövlət hesabına, AQTA tərəfindən bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsi həyata keçirilir. Artıq Təzə bazarda etiketləmə başlayıb. Yaxın zamanda digər bazarları da əhatə edəcək".
Mənbə
oxu.az