Cəmiyyət

Azərbaycan ilk dəfə vəkillərlə bağlı iki beynəlxalq konfransa ev sahibliyi edəcək

17 Jul 2026, 10:54 3 baxış
Azərbaycan ilk dəfə vəkillərlə bağlı iki beynəlxalq konfransa ev sahibliyi edəcək
"Bu ilin oktyabr ayında ölkəmizdə ilk dəfə olaraq Avropa Gənc Vəkillər Assosiasiyasının sessiyası keçiriləcək". Oxu.Az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurumun Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimində deyib. O bildirib ki, dekabrda isə yenə də ilk dəfə olaraq Bakıda Vəkillərin Birinci Beynəlxalq Konfransı keçiriləcək: "Bizə dost olan ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini də tədbirə dəvət etmişik".
Mənbə oxu.az

Oxşar Xəbərlər