Digər

ABŞ-ın zərbələri nəticəsində 7 nəfər öldü

17 Jul 2026, 10:05 2 baxış
ABŞ-ın zərbələri nəticəsində 7 nəfər öldü

ABŞ-ın İranın Bəndər Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.


Axar.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.


Məlumata görə, hücum zamanı 9 nəfər də yaralanıb. Xilasetmə və təcili tibbi yardım xidmətləri hadisə yerində fəaliyyətini davam etdirir.


Bildirilib ki, zərbələr nəticəsində iki körpüyə ziyan dəyib. Bəndər Abbas–Lar avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudiyyətlərlə bərpa olunub və sürücülərə həmin marşrutdan istifadə etməmələri tövsiyə edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər