İqtisadiyyat

Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarında neft bahalaşır

17 Jul 2026, 10:56 4 baxış
Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarında neft bahalaşır
Yaxın Şərq regionunda davam edən hərbi münaqişələr səbəbindən neftin qiymətlərində yüksəliş müşahidə olunur və həftə kəskin artımla başa çatır. Bu barədə Oxu.Az "İnterfaks" agentliyinə istinadən xəbər verir. Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata əsasən, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin sentyabr füçersləri 0.72 dollar (0.85%) bahalaşaraq bir barel üçün 84.95 dollara çatıb. Qeyd edək ki, cümə axşamı "Brent" 0.72 dollar (0.85%) ucuzlaşaraq 84.23 dollar səviyyəsində qərarlaşmışdı. Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində isə WTI markalı neftin avqust füçerslərinin dəyəri bu müddət ərzində 0.78 dollar (0.99%) artaraq bir barel üçün 79.73 dollara yüksəlib. Əvvəlki sessiya ərzində isə bu marka 0.65 dollar (0.82%) dəyər itirərək 78.95 dollara düşmüşdü.
Mənbə oxu.az

Oxşar Xəbərlər