ABŞ elan etdi: Bu 3 ölkənin hakerləri...
Rusiya, İran və Çinin maraqları naminə fəaliyyət göstərən hakerlər 2016-cı ildən bəri dəfələrlə amerikalı seçicilərin məlumat bazalarına qanunsuz daxil olmağa cəhd göstəriblər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya hakerləri 2016-cı ildə bütün 50 ştatda seçicilərin qeydiyyat bazalarında boşluqlar axtarıb, həmçinin təxminən 500 min seçicinin məlumatını oğurlayıb:
“2022-ci ildə rusiyayönümlü hakerlər ABŞ ştatlarından birinin seçki komissiyasına DDoS hücumu həyata keçirdiklərini bəyan edib. SEPAH üzvləri də 2020-ci ildə qeydiyyatdan keçmiş seçicilər haqqında məlumatları əldə etmək üçün saytların boşluqlarından yararlanmağa cəhd göstərib. Çin 2020-ci il seçkiləri ərəfəsində bir neçə ştatda seçicilərin qeydiyyat sistemlərini “sındırıb”.
Oxşar Xəbərlər