Digər
Nazir müavini: "Ali təhsil müstəvisində uğurlu tətbiq nümunələrdən biri də "IT SkillSprint" proqramıdır"
"Ali təhsil müstəvisində uğurlu tətbiq nümunələrdən biri də "IT SkillSprint" proqramıdır. Bu layihə dövlət-universitet-özəl sektor əməkdaşlığının uğurlu nümunələrindən biridir. Proqram çərçivəsində dövlət qurumlarının institusional dəstəyi, ali təhsil müəssisələrinin akademik potensialı və beynəlxalq təlim tərəfdaşı "Ironhack" şirkətinin qlobal təcrübəsi vahid platformada birləşdirilib". Oxu.Az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən "IT SkillSprint" beynəlxalq təhsil proqramının bağlanış mərasimində deyib. O bildirib ki, bu proqramın ən mühüm üstünlüyü ali təhsillə əmək bazarı arasında mövcud əlaqəni daha da gücləndirməsidir: "Tələbələr yalnız nəzəri bilik əldə etmir, eyni zamanda sənayenin real tələblərinə uyğun bacarıqlar formalaşdırır, iş mühitini əvvəlcədən tanıyır və peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə başlayırlar. Bu isə həm işəgötürənlərin ixtisaslı kadrlara olan ehtiyacının qarşılanmasına, həm də gənclərin məşğulluq imkanlarının artırılmasına xidmət edir. Artıq proqramın ilk mərhələsində doqquz ali təhsil müəssisəsindən 120 tələbə iştirak edib. İştirakçılar dörd istiqamət üzrə altıaylıq intensiv "Bootcamp" proqramını uğurla tamamlayaraq müasir texnologiyalar üzrə praktiki bilik və bacarıqlar əldə ediblər".
Mənbə
oxu.az
Oxşar Xəbərlər