Digər
İran ilk dəfə Suriyanı vurdu
İran Suriyadakı Ət-Tanf hərbi bazasında yerləşən ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
“Hücum İranşəhrdə İran əsgərlərinin öldürülməsinə qarşı cavab addımıdır. İran Hörmüz boğazına tam nəzarəti saxlayır və ABŞ-ın yenilənmiş hücumları davam etdiyi müddətcə su yolu ilə heç bir neft və ya qaz ixrac olunmayacaq”, - məlumatda bildirilib.
Qeyd edək ki, İran müharibə başlayandan bəri ilk dəfə olaraq Suriyaya zərbələr endirib.
Mənbə
axar.az
Oxşar Xəbərlər