Kriminal
Biləsuvarda dəhşətli qəza: Sürücü yanaraq öldü
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, üç avtomobilin toqquşması nəticəsində VAZ-2107 markalı minik avtomobilinin sürücüsü Şərifağa Əmənov ölüb. Qəzadan sonra həmin avtomobil yanıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az