Digər

İran ABŞ gəmisini vurdu, Pentaqon yaralıları gizlətdi

28 Sep 2026, 14:28 1 baxış
İran ABŞ gəmisini vurdu, Pentaqon yaralıları gizlətdi

Sentyabrın 14-də İran kruiz raketi ilə Hörmüz boğazında ABŞ-a məxsus gəmiyə zərbə endirib, nəticədə ABŞ-ın 8 dəniz piyadası yaralanıb. Pentaqon bu hadisəni heç vaxt ictimaiyyətə açıqlamayıb.


Axar.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.


“Gəmi “dəniz nəqliyyatı vasitəsi” kimi təqdim edilib, ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi gəmisi kimi yox (ehtimal olunur ki, ABŞ-la müqavilə əsasında fəaliyyət göstərən gəmi olub).


Dəniz piyadalarında tüstüdən zəhərlənmə və beyin silkələnməsinə uyğun simptomlar müşahidə olunub. Onların hamısı sonradan xidmətə qayıdıb.


Yaralanmalar təxminən 10 gün sonra Pentaqonun itki və xəsarət qeydlərinə səssiz şəkildə daxil edilib.


Bu il münaqişə nəticəsində ABŞ-ın 800-dən çox hərbçisinin yaralandığı qeydə alınıb”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər