Digər

Krımda Rusiya hərbi obyektləri məhv edildi

28 Sep 2026, 14:51 1 baxış
Krımda Rusiya hərbi obyektləri məhv edildi

Ukrayna ordusu Krımda Rusiya qüvvələrinin hərbi infrastrukturuna zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.


Bildirilib ki, əməliyyatlar çərçivəsində Şimali Krım kanalından keçən dəmir yolu körpüsü, L-39 “Albatros” təlim-döyüş təyyarəsi, BK-10, BK-16 və “Manqust” katerləri məhv edilib.


Bundan başqa, “Nebo-U”, “Kasta-2E” radiolokasiya stansiyaları və P-18 “Terek” radiolokasiya sisteminin komanda məntəqəsi, eləcə də rabitə, radioelektron mübarizə (REM), radioelektron kəşfiyyat (REK) sistemləri və MESH-retranslyatorlarının yerləşdiyi 9 qüllə zərbələrə məruz qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər