Cəmiyyət

Ağsuda dağlıq ərazidə yanğın başladı - Video

28 Sep 2026, 14:56 1 baxış
Ağsuda dağlıq ərazidə yanğın başladı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Bu barədə Axar.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


Mənbə axar.az

Oxşar Xəbərlər