İdman
"Qarabağ"ın AL-nin II mərhələsindəki rəqibi məlum oldu
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi bəlli olub.
Axar.az xəbər verir ki, təmsilçimiz I təsnifat mərhələsində İslandiyanın "Vestri" (İslandiya) komandasını mübarizədən kənarlaşdırsa, ÇSKA (Bolqarıstan) kollektivi ilə üz-üzə gələcək.
Bolqarıstan komandası ilk təsnifat mərhələsində İrlandiyanın "Derri Siti" komandasını iki oyunun ümumi nəticəsinə əsasən 5-3 hesabı ilə məğlub edərək "Qarabağ"ın mümkün rəqibinə çevrilib.
Qeyd edək ki, "Qarabağ" "Vestri"yə Bakıdakı ilk matçda 3 cavabsız qolla qalib gəlib. Hazırda cavab oyunu keçirilir.
Mənbə
axar.az