İdman

Britaniya kralı ingiltərəli futbolçulara müraciət etdi

16 Jul 2026, 23:36 1 baxış
Britaniya kralı ingiltərəli futbolçulara müraciət etdi
Böyük Britaniya Kralı III Çarlz 2026-cı il dünya çempionatının yarımfinal mərhələsində Argentinaya məğlub olan İngiltərə millisinə dəstək nümayiş etdirib. Oxu.Az xəbər verir ki, kralın müraciəti kral ailəsinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb. "Harri Keyn və komandanın kədərini bölüşürəm. Bu gün siz, "üç şir", yaralarınızı sağaldırsınız, lakin millətin qüruru olaraq qalırsınız və mütləq yenidən ayağa qalxacaqsınız", - deyə müraciətdə bildirilir. Qeyd edək ki, "üç şir" İngiltərə yığmasının rəsmi emblemindəki təsvirlərlə bağlı olan ləqəbidir. Xatırladaq ki, yarımfinal oyununda Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər