Yamalla Messinin 19 il öncəki görüntüləri trend oldu - Video
İspaniya və Argentina iyulun 19-da 2026-cı il Dünya Kubokunun finalında qarşılaşacaqlar. Bu final matçından öncə - 19 il əvvəl Lamin Yamal və Lionel Messinin iştirak etdiyi xeyriyyə kampaniyası videosu internetdə yenidən yayılıb.
Axar.az xəbər verir ki, bu reklam çarxı UNİCEF-in yardım kampaniyası çərçivəsində "Kamp Nou" stadionunun soyunub-geyinmə otağında baş tutub. Messinin yuyundurmağa çalışdığı uşaq Lamin Yamaldır. Kimin ağlına gələrdi ki, 2007-ci ildə Messinin çimizdirdiyi bu uşaq 2026-cı ilin dünya çempionatının finalında ona rəqib olacaq.
Hər iki futbolçu bu barədə danışarkən bunun taleyin gözəl bir qəribəliyi olduğunu bildiriblər.
Ötən gündən dünya gündəmini zəbt edən həmin kadrları təqdim edirik: