Kriminal

Xankəndidə güclü yanğın başlayıb

16 Jul 2026, 21:42 3 baxış
Xankəndidə güclü yanğın başlayıb
Xankəndi şəhərində güclü yanğın baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən və əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb. İlkin məlumatlara əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma başlanılıb, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər