İdman
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi? - 16.07.2026
"Araz-Naxçıvan" və "Şamaxı" FK növbəti transferlərini reallaşdırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubların mətbuat xidmətləri məlumat yayıb. Bildirilib ki, Naxçıvan təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti bir ildir. O, müxtəlif illərdə "Vital O", "Kiqali", "Əl-Feysali", "Mukticoddha", "Ən-Naft", "Kuçinq", "Əl-Əttihad", PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın "Persijap" komandasında keçirib. Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan forvard 2022-ci ildə Burundi millisinin 13 oyunda forma geyinib və üç qol vurub.
Həmçinin "Şamaxı" klubu gürcüstanlı hücumçu Tornike Axvledianini heyətinə qatıb. Klub 26 yaşlı futbolçu ilə birillik müqavilə imzalayıb. Qeyd edək ki, Tornike Axvlediani son olaraq Gürcüstanın "İberiya 1999" komandasında çıxış edib.

Mənbə
oxu.az