Kriminal

Bakıda açıq ərazidə yanğın başlayıb - VİDEO

16 Jul 2026, 15:20 24 baxış
Bakıda açıq ərazidə yanğın başlayıb - VİDEO
Bakı şəhərinin Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində açıq ərazidə yanğın başlayıb. Oxu.Az xəbər verir ki, alovlanma nəticəsində ətrafı qara qatı duman bürüyüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub: "Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir".
Mənbə oxu.az

Oxşar Xəbərlər