İdman
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
Kolumbiyalı futbolçu Haminton Kampaz Dünya çempionatından sonra özünə və ailəsinə qarşı ölüm təhdidləri alır.
Axar.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Məlumata görə, Kolumbiya millisi 1/8 finalda İsveçrəyə penaltilər seriyasında məğlub olub. Kampaz əlavə vaxtda – 114-cü dəqiqədə oyunu qazanmaq üçün əldə etdiyi real fürsəti dəyərləndirə bilməyib.
Matçdan sonra oyunçunun sosial media hesabları mənfi şərhlər və təhdidlərlə dolub daşıb. Buna görə də o, ölkəsinə qayıtmaqdan imtina edir.
Qeyd edək ki, 1994-cü ildə Kolumbiya millisinin müdafiəçisi Andres Eskobar ABŞ-a qarşı oyunda səhvliklə öz qapısına qol vurduğu üçün ölkəsinə qayıtdıqdan sonra güllələnərək öldürülmüşdü.
Mənbə
axar.az