İdman

İngiltərə və Argentina azarkeşləri arasında kütləvi dava: Saxlanılanlar var - VİDEO

16 Jul 2026, 13:10 1 baxış
İngiltərə və Argentina azarkeşləri arasında kütləvi dava: Saxlanılanlar var - VİDEO
Dünya çempionatının (DÇ-2026) yarımfinal mərhələsi çərçivəsində baş tutan matçdan sonra İngiltərə və Argentina yığmalarının azarkeşləri arasında kütləvi toqquşma qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

İnsident Atlantada (ABŞ) yerləşən stadionun yaxınlığında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri saxlayıblar. Qeyd edək ki, yarımfinal qarşılaşması Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər